İlham Zəkiyevdən qızıl medal
14.03.2023 , 19:56

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1) Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək çempion olub.
Bundan əvvəl Namiq Abbaslı (73 kq) və Xanım Hüseynova (70 kq) qızıl medal qazanıb.
