İlham Zəkiyevdən gümüş medal
05.12.2023 , 13:14

Azərbaycanın üç paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə medal qazanıb.
Korner.az xəbər verir ki, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş, Dürsədəf Kərimova (+70kq) isə bürünc medal qazanıb.
Bundan əvvəl Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.
