Azərbaycanı Rio Paralimpiya Oyunlarında təmsil edən cüdoçular İlham Zəkiyev və Kənan Abdulxanlı medal qazana bilməyib.
Korner.az-ın məlumatına görə, hər iki idmançı 5-ci yeri tutub.
100 kq çəki dərəcəsində çıxış edən Kənana Abdulxanlı bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripova uduzub.
İlham Zəkiyev (+100 kq) isə üçüncü yer uğrunda görüşdə kubali Yanqalini Ximenesə uduzub.
İlham Zəkiyev ilk dəfədir ki, Paralimpiyada medalsız qalır. O, “Afina-2004” və “Pekin-2008″də qızıl, “London-2012″də gümüş medal qazanıb.
