big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İlham Əliyev futbolla bağlı Sərəncam imzaladı

22.05.2013 , 14:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi məqsədilə paytaxtımızın namizədliyinin irəli sürülməsinə dair Sərəncam verib.

Korner.az-ın AzərTAc-a istinadən məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

Respublikamızda futbolun inkişafı və təbliği məqsədi ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülmüşdür. Belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanda futbolun daha da inkişafına və idman aləmində ölkəmizin nüfuzunun artmasına kömək edər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatını keçirmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı qərara alıram:
1. 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim edilmək üçün sifariş kitabı hazırlansın.
2. Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) həvalə olunsun.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2013-cü il.”

Son yazılar

To Top