Azərbaycan prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib. Korner.az-ın məlumatına görə, dövlət başçısı ölkəmizin idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb.
AzərTac
