Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda səfərdə olan Madridin “Atletiko” klubunun üzvlərini qəbul edib.
Korner.az-ın məlumatına görə, sabah "Bakı" ilə yoxlama matçına çıxacaq Madrid klubunun üzvləri bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu ziyarətindən ardından şəhərə gəzintiyə çıxan "Atletiko"nun üzvləri ölkə prezidenti İ.Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Madrid klubunun türkiyəli futbolçusu Arda Turan dövlət başçısına klubun formasını hədiyyə edib. Formada İlham Əliyevin adı yazılıb.
