big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İldən-ilə bu komandada inkişafın getdiyi çox yaxşı hiss olunur” – MÜSAHİBƏ

24.06.2012 , 06:45

“Simurq”un futbolçusu Rüstəm Məmmədov klubun saytına müsahibə verib. Korner.az-ın məlumatına görə, o, yeni mövsümlə bağlı fikirlərini də açıqlayıb.

– Rüstəm, “Simurq”la müqavilənizi daha bir il müddətinə artırıdınız. İlk təəssüratlarınız necədir?
– Əlbəttə, komandamda qaldığıma görə çox sevinirəm. “Simurq” mənim doğma klubumdur. Professional futbolçu kimi bu klubda karyerama başlamışam. Artıq 8-ci mövsüm olacaq ki mən, “Simurq”un formasını geyinəcəm. Rəhbərliyə də təşəkkür edirəm ki, məni komandada saxladılar. Həm bir zaqalalalı, həm də bir futbolçu kimi inanıram ki, doğma şəhərimin təmsilçisinin uğurları üçün var gücümlə çalışacam.

– Siz də qeyd etdin ki, “Simurq” yaranan gündən bu komandada forma geyinirsiniz. “Simurq”da ötən illərlə müqayisədə hansı dəyişiklikər var?
– İldən-ilə bu komandada inkişafın getdiyi çox yaxşı hiss olunur. Xüsusən də, növbəti mövsüm üçün “Simurq”un qarşısına böyük məqsədlər qoyulub və bunun üçün də klubda planlı işlərin getdiyini açıq aydın hiss etmək olar. Rəhbərlik futbolçular üçün daha əlverişli şəraitlər yaradır. Komandanın başında təcrübəli məşqçilər heyəti var. İnanıram ki, bütün bu işlərin nəticəsi kimi “Simurq” növbəti mövsümün sonunda qarşısına qoyduğu məqsədə çatacaq.

– Ötən mövsümü özünüz üçün necə dəyərləndirərsiniz?
– O qədər də uğurlu futbol mövsümü keçirmədim. Bir çox oyunlarda ehtiyatda oturdum. İndi isə öz üzərimdə çox çalışıram. Bu baxımdan hazırda məşqlərdə çox işləyirəm ki, əsas heyətə düşə bilim və məşqçilər korpusunun mənə olan ümidlərini doğruldum.

– Əvvəllər yarımmüdafiədə oynayırdınız. İndi isə müdafiə xəttində mübarizə aparırsınız. Çətin deyil indiki ampulada çıxış etmək?
– Düz qeyd edirsiz. Ancaq müdafiədə artıq uzun müddətdir oynayıram. Bu səbəbdən də, arxa xəttə artıq uyğunlaşmışam və bu mövqedə oynamaq mənə daha rahatdır.

– Artıq bü gündən təlim-məşq toplanışının ikinci mərhələsi başlayır. Bakıda təşkil olunan hazırlıq prosesi necə keçdi?
– Mənim baxımımdan yaxşı keçdi. Əsasən məşqçilər korpusu bizim fiziki durumumuzun hansı səviyyədə olduğunu və onu yaxşılaşdırmaq üçün çalışdılar. Tapşırıqların da əksəriyyəti bu istiqamətdə idi. Yəqin ki, Türkiyədəki məşqlərimiz bundan daha ağır olacaq. Üstəlik 3 yoldaşlıq görüşüdə keçirdəcəyik. Burada bizə yeni legioner futbolçularda qoşulacaq.

– Komandadan ayrılan və yeni gələn oyunçular haqqında nələr deyə bilərsiniz?
– Əvvəlcə “Simurq”la yolları ayrılan keçmiş komanda yoldaşlarıma gələcək karyeralarında uğurlar arzulayıram. Hələ ki, yeni transfer olunanların əksəriyyəti ötən mövsüm bizdə icarə əsasında forma geyinən futbolçulardır. Baxışa gələn yerli oyunçularda demək olar ki, gənc və istedadlı futbolçulardır. Kartepedə legionerlərdə bizə qoşulmalıdır. İnanıram ki, komanda rəhbərliyi və baş məşqçi “Simurq”a uğur gətirə biləcək futbolçuları transfer edəcək.

– Növbəti mövsümdən gözləntiləriniz nədir?
– İnanıram ki, “Simurq” üçün yeni futbol ili uğurlu olacaq. Komandaya həm azarkeşlər, həm də rəhbərlik böyük ümidlər bəsləyir. İnşallah biz də üzərimizə düşən işi layiqincə görüb, azarkeşlərimizə əla futbolla gözəl qələbələr bəxş edəcəyik.

Son yazılar

To Top