“Gözlədiyimiz kimi çətin oyun oldu. “Rəvan” döyüşkən komandadır. Qol imkanlarımızın çoxundan istifadə edə bilmədik. Bunun üzərində çox işləməliyik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 21-ci turunda “Rəvan”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, sözlərinə belə davam edib:
“Elvinin zədəsinin ciddi olub-olmadığı sabah bilinəcək. Bütün klublar istəyir ki, birinci olsun. Biz də çalışırıq ki, “Qarabağ”a çataq və onları keçək. Hər şey mövsümün sonunda müəyyənləşəcək.İkinci pillədəyiksə, niyə də cempionluğa oynamayaq?”