İkinci Liqada qış fasiləsi nə vaxt başa çatacaq?
25.01.2020 , 17:29

Futzal üzrə İkinci Liqada qış fasiləsinin başa çatacağı tarix müəyyənləşib.
Korner.az xəbər verir ki, komandalar yeni ildə ilk çempionat oyununu fevralın 18-də və 19-da keçirəcəklər.
Həmin tarixlərdə 16-cı turun görüşləri baş tutacaq. Fevralın 23-də 17-ci, fevralın 25-də və 26-da isə 18-ci turun oyunları keçiriləcək.
