“İkinci hissədə özümüzə gəlməyə başladıq, artıq gec idi” – “Vorskla”nın futbolçusu
09.11.2018 , 14:47

“Məğlub olduq. “Qarabağ” bu qələbəyə layiq idi. Erkən qol buraxdıq. Bu da bizi həvəsdən saldı. Çox kobud səhv etdik. Yalnız ikinci hissədə özümüzə gəlməyə başladıq, artıq gec idi”. Bu sözləri Ukryananın “Vorskla” klubunun futbolçusu Vyaçeslav Şarpar Avropa Liqasının qrup mərhələsinin IV turunda doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri matçı dəyərləndirərkən deyib.
31 yaşlı futbolçu rəqibi cəzalandırmaq üçün imkanlarının olduğunu, lakin şanslardan yararlana bilmədiklərini sözlərinə əlavə edi: “İlk hissəni çox bərbad keçirdik. Fasilədən sonra bir az yaxşı çıxış etdik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Bir neçə dəfə rəqibi cəzalandıra bilərdik. Ancaq əlimizə düşən imkanları sağa-sola xərclədik”.
Mərkəz müdafiəçisi meydanın vəziyyətinin yaxşı olmadığını bildirib: “Meydan sürüşkən idi. Sanki qış idi, qar yağmışdı. Topun yerə sıçrayışı adi qaydada deyildi. Buna gec uyğunlaşdıq. Əvvəlki oyunlarda hər şey qaydasında olurdu”.
Ukrayna millisinin sabiq üzvü qrupdakı şanslarını dəyərləndirib: “Son ana qədər mübarizə aparacağıq. Onda da nə olacağı bilinəcək. İndi biz meydana çıxıb oynamalı, qarşıdakı hər görüşdə xallar qazanmağa ümid etməliyik”.
