“İkinci hissədə daha yaxşı oynadıq” – “Sumqayıt”ın məşqçisi
14.09.2019 , 21:28

Sumqayıt”ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, məşqçi oyun haqda fikirlərini bildirib:
“İlk yarıya pis başladıq. Bunun nəticəsi kimi qapımızda qol gördük. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən”.
