Sabah Çempionlar Liqasında IV tura start veriləcək
İikinci dövrənin startı bəzi komandalar üçün həlledici ola bilər. Belə ki, iki gün davam edəcək turun bir neçə komandanın 1/8 finalda yerini təmin etməsi, bir neçəsinin isə şanslarını itirməsi ilə nəticələnməsi mümkündü.
A qrupunda “Mançester Yunayted” və “Bazel” minimum vəzifənin öhdəsindən gələ bilər. Hər iki komanda 1/8 finala vəsiqəni qazanmaq üçün həm özü uğur qazanmalı, həm də liderlik uğrundakı rəqibinin xal əldə etməsini arzulamalıdı. B və D qruplarında da eyni vəziyyət hökm sürür. PSJ və “Bavariya” bir, “Barselona” ilə “Yuventus” digər qrupdan 1/8 finala yüksəlmək imkanına malikdi.
Azərbaycan çempionu “Qarabağ”ın çıxış etdiyi C qrupunda isə yalnız bir komanda buna nail ola bilər. Özü də “Çelsi”nin mərhələ keçməsi digər oyundan deyil, özündən asıldı. Qələbə londonluları 1/8 finala daşıyacaq. Bu isə o deməkdi ki, sabah 7 komandanın qrupdan çıxması rəsmiləşməsi mümkündü.
İkinci oyun günündə yalnız H qrupunda vəsiqələrin ikisinin də sahibinin müəyyənləşməsi realdi. Bunun gürçəkləşməsi “Real”la “Tottenhem”in oyunlarından asılıdı.
F qrupunda “Mançester Siti”, G qrupunda isə “Beşiktaş” istəyini gerçəkləşdirə bilər. Türkiyəlilər bunun üçün qalib gəlməlidi. İstanbul təmsilçisinin bərabərliklə mərhələ keçməsi üçün isə “Leypsiq” də qələbə qazanmalıdı.
Qarşıdakı turda E qrupunda çıxış edən komandalardan heç biri vəsiqə qazanmayacaq. Ümumilikdə isə IV turda 16 vəsiqədən 11-i sahibini tapa bilər.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
31 oktyabr
A qrupu
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Benfika” (Portuqaliya)
23:45. “Bazel” (İsveçrə) – MOİK (Rusiya)
apasport.az
