Növbəti mövsümə hazırlığı davam etdirən AZAL bu gün Türkiyə toplanışı çərçivəsində ikinci sınaq matçına çıxacaq. Korner.az-ın məlumatına görə, "təyyarəçilər"in ikinci rəqibi də Türykiə klubu olacaq.
Vaqif Sadıqovun rəhbərlik etdiyi komanda “Mersin İdmanyurdu” ilə qarşılaşacaq. Xatırladaq ki, Mersin təmsilçisi Türkiyə Superliqasının son mövsümündə 18 komanda arasında 13-cü olub.
Qeyd edək ki, AZAL dünən daha bir Türkiyə təmsilçisi ilə qarşılaşmışdı. Super Liqada çıxış edən “Antalyaspor” “təyyarəçilər”i 2:0 hesabıyla məğlub etmişdi.
