Bakının AZAL klubunda baxışa daha iki futbolçu gəlib.
Korner.az-ın məlumatına görə, bunlar Artur Sirık və Anton Korolçukdur.
Hücumçu Sirıkın son komandası Ukraynanın “Poltava” klubu olub. Yarımmüdafiəçi Korolçuk isə AZAL-a “Krımtepliça” klubundan gəlib.
Məşqçilər korpusunun razı qalacağı təqdirdə hər iki futbolçu ilə müqavilə imzalanacaq.
