Son zamanlarda yunan futbolunun parlayan ulduzu Kostas Mitroğluya transfer təklifləri yağır.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mitroğlu türk klublarının da maraq dairəsindədir.
Belə ki, "Sivasspor" və "Beşiktaş" yunan forvardı heyətinə qatmaq istəyir.
Qeyd edək ki, futbolçu hazırda "Olimpiyakos"un şərəfini qoruyur.
