İki şahmatçımız Aqzamov memorialında çıxış edəcək
05.04.2023 , 14:23
Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək.
Korner.az xəbər verir ki, turnirdə Azərbaycanın iki şahmatçısı – Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.
Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur.
Qeyd edək ki, ümumilikdə memorialda 11 ölkədən şahmatçılar iştirak edəcək.