İki oyunçusu zədəsini sağaltdı
11.12.2024 , 12:50
“Mançester Siti”nin 2 futbolçusu zədəsini bərpa edib.
Korner.az xəbər verir ki, bunlar Fil Fofem və Mateo Kovaçiçdir.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunçular Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Yuventus”a qarşı matçdan əvvəl məşqdə iştirak ediblər.
Onların yaxın zamanda yaşıl meydanlara qayıdacaqları gözlənilir.