İki nəhəng klubun hədəfinə düşdü
14.11.2024 , 13:09
“Ayntraxt”ın futbolçusu Uqo Larsson klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
İsveçli yarımmüdafiəçi ilə “Arsenal” və “Liverpul” yaxından maraqlanır.
Hər iki klub yanvar ayında 20 yaşlı oyunçu üçün Almaniya təmsilçisi ilə danışıqlara başlayacaq.