İki nəhəng klub bu futbolçunu istəyir
12.03.2025 , 23:45

“Mançester Yunayted”in futbolçusu Dioqo Dalot 2 klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, portuqaliyalı oyunçu ilə “Real” və “Bavariya”nın maraqlandığı iddia olunur.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərə görə, hər iki nəhəng klub yayda Dalotu heyətinə cəlb etmək üçün hərəkətə keçəcək.
