“Latsio”nun kapitanı Lukas Bigliya ilə İtaliyanın iddialı klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, bu xəbər İtaliya mətbuatında yer alıb.
“İnter” və “Milan” 30 yaşlı futbolçu üçün hərəkətə keçiblər. Roma təmsilçisinin kapitanlığını daşıyan Bigliya özü də Milanda yaşamaq istəyir. Argentinalı “İnter” və “Milan” klublarından birinin təklifini qəbul edəcək.
