“Rəvan”ın iki futbolçusu çıxış etdikləri milli komandalardan dəvət alıb. Söhbət Syerra Leone millisinin şərəfini qoruyan Samuel Barlay və Litva yığma komandasında oynayan Mindauqas Kalonasdan gedir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki futbolçu iyunda milli komandalarına xidmət edəcək.
2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı Barlay növbəti dəfə baş məşqçi Lars-Olof Mattssonun diqqətini çəkib. Daim milliyə çağırılan yarımmüdafiəçi Syerra Leone yığma komandasının iyunun 8-i və 15-də uyğun olaraq Tunis və Kabo Verde mililərinə qarşı keçirəcəyi görüşlər üçün dəvətlidir.
Bu ilin əvvəlindən “Rəvan”a qoşulan Mindauqas Kalonas isə iyunda 1 matçda forma geymək şansına malikdir. Belə ki, Litva millisinin macar çalışdırıcısı Çaba Laslo onu iyunun 7-də Yunanıstan yığma komandasına qarşı keçirəcəkləri oyuna çağırıb.