İki klub avrokuboklardan kənarlaşdırıldı
30.06.2025 , 19:50

UEFA iki komandanı avrokuboklardan kənarlaşdırıb.
Korner.az xəbər verir ki, söhbət Slovakiyanın “DAK 1904” və İrlandiyanın “Droeda Yunayted” klublarından gedir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Hər iki komanda UEFA-nın Klublara Maliyyə Nəzarəti Şöbəsi (CFCB) yoxlamasından keçə bilməyib.
