UEFA Çempionlar Liqasının 2016/17 mövsümünün final matçının keçiriləcəyi məkan bəlli olub.
Korner.az-ın məlumatına görə, həlledici qarşılaşma Uelsdə, Kardiff şəhərindəki “Millenium” arenasında baş tutacaq.
“Millenium” stadionu 1999-cu ildə tikilib və 74500 tamaşaçı tutumuna malikdi. Bu arenada Uels futbol və reqbi millilərinin ev oyunları keçirilir.
