Cənubi Koreyada iki futbol hakimi rüşvət almaqda ittiham olunur.
Korner.az-ın məlumatına görə, hadisə 2013-cü ildə baş verib.
İddiaya əasən, referilər K-Liqada çıxış edən “Çonbuk Hönde Motors” klubundan mart-oktyabr aylarında 4200 dollar rüşvət alıblar. Bu müddətdə onlar adıçəkilən komandanın 5 oyununa təyinat alıblar. Dekabrda isə işin üstü açılıb və təhqiqata başlanılıb, referilərin işinə son qoyulub.
Məsələ ilə bağlı açıqlama verən “Çonbuk Hönde Motors”dan bildirilib ki, hakimlərə rüşvət verən şəxs klubun deyil, özünün maraqlarını güdüb.
