İki güləşçimiz finalda
23.09.2023 , 20:42
Bu gün Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib.
Korner.az xəbər verir ki, yarımfinalda Həsrət Cəfərov (67 kq) Slavik Qalstyana (Ermənistan) 5:3, Murad Məmmədov (63 kq) Georgi Tibilova (Serbiya) 4:1 hesabı ilə qalib gələrək buna nail olublar. Bununla da, onlar eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Final görüşləri sabah keçiriləcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya hüququ əldə ediblər.