İki futbolçunun həbs müddəti uzadıldı
06.02.2019 , 19:50

Ötən ilin oktyabrın 11-də Rusiyanın Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pakı döyən “Zenit”in hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin bu gün məhkəməsi baş tutub.
Futbolçuların həbs müddəti uzadılıb. Tver məhkəməsi hər iki futbolçunun ən azı aprelin 8-nə kimi həbsxanada qalacağı ilə bağlı qərar qəbul edib. Futbolçuların yarım il həbsi də gözlənilir. Hadisə ilə bağlı araşdırmalara başa çatıb və yekun qərarı prokurorluq verəcək.
