İki futbolçu “Yuventus”dan ayrılır
12.10.2022 , 12:34

İki futbolçu “Yuventus”u tərk etməyi planlaşdırır.
Korner.az xəbər verir ki, Turin təmsilçisi müdafiəçilər Xuan Kuadrado və Aleks Sandro ilə yollarını ayırmağı düşünür. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Qoca sinyora” müqaviləsi mövsümün sonuna qədər olan hər iki oyunçu ilə yollarını ayıracaq.
