Azərbaycan milli komandasının heyətində Avstriyada təlim-məşq toplanışında olan Budaq Nəsirov və Vüqar Mustafayev yığmanın düşərgəsindən ayrılıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki futbolçu bu gündən etibarən 21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışında iştirak edəcək.
