Təlim-məşq toplantısını Antalyada davam etdirən "Xəzər Lənkəran"ın iki futbolçusu komandanın düşərgəsini tərk edib.
Korner.az–ın məlumatına görə, "ağ-yaşıllar"ın kapitanı Rahid Əmirquliyev əsas milli, Kamran Abdullazadə isə 21 yaşadək yığmamızın heyətinə gedib.
Qeyd edək ki, hər 2 millimiz təlim-məşq toplanışı zamanı yoxlama oyunları da keçirəcək.