İki futbol matçı etirazlara görə təxirə salınıb
13.12.2018 , 11:23

Futbol üzrə Fransa çempionatının XVIII turu çərçivəsində keçirilməli olan “Nitsa” – “Sent-Etyen” və “Nant” – “Monpelye” qarşılaşmalarının vaxtı dəyişdirilib
Bu oyunlar müvafiq olaraq dekabrın 14 və 15-i tarixlərində keçirilməli idi.
Matçların keçirilmə tarixləri sonra müəyyən ediləcək. Onların təxirə salınması qərarı son həftələr Fransada yanacağın qiymət artımına qarşı keçirilən etiraz aksiyaları səbəbindən qəbul olunub.
Bundan əvvəl də Fransa çempionatında iki matç tərixə salınmışdı.
