İki cüdoçumuz mübarizəni dayandırdı – dünya çempionatı
21.09.2018 , 14:24

Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında daha iki idmançımız mübarizəyə qoşulub
66 kq çəkidəki kişi cüdoçu Nicat Şıxəlizadə 1/32 finalda Məhəmməd Abdelmavquta (Misir) 38 saniyəyə ipponla qalib gəlib. Növbəti mərhələdə rəqib braziliyalı Daniel Karqnin olub. İdmançımız uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qadınların yarışında 52 kq çəki dərəcəsində yer alan Buyankişiq Purevsuren 1/32 finalda böyük Çelsi Gilzə (Böyük Britaniya) 80 saniyəyə ipponla uduzub.
