“Real”ın kapitanı İker Kasilyas “Liverpul”la (3:0) oyunda yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, 33 yaşlı qolkiper çempionlar liqasında 85-ci qələbəsini qazanıb. Bu da liqa tarixinin rekordudur.
Bundan əvvəlki rekord Xaviyə (84 qələbə) məxsus idi.
Əlavə edək ki, Kasilyas liqada 143 oyun keçirib. Bu göstəriciyə görə də o , keçmiş komanda yoldaşı Raulu (142) keçib.
