İkardidən transfer xəbərlərinə cavab
18.05.2023 , 13:59

“Qalatasaray”ın hücumçusu Mauro İkardi sosial media hesabından sualları cavablandırıb.
Korner.az xəbər verir ki, o ölkəsinin komandalarından olan “Boka Xuniors”a transfer olunacağı ilə bağlı yayılan xəbərləri təkzib edib.
İkardi izləyicisinin “Argentinaya transfer olacağınız doğrudurmu?” sualına belə cavab verib:
“Mən heç kimlə danışmamışam. Yayılan məlumatlar yanlışdır”, – deyə futbolçu bildirib.
