İtaliya A Seriyasında 29-cu turun oyunları davam edir.
İkinci oyun gününün ilk qarşılaşmasında “İnter” səfərdə “Sampdoriya” ilə üz-üzə gəlib. Görüş qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 26-cı dəqiqədə İvan Perişiç açıb. Digər 4 qolu isə (30, 31, 44, 52 dəqiqələrdə) komandanın kapitanı Mauro İkardi vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 55-ə çatdıran “İnter” 4-cü pilləyə yüksəlib.
