İkardi “Bavariya”ya qarşı oynaya bilər
23.10.2023 , 16:36

“Beşiktaş”la matçda zədələnən “Qalatasaray”ın üzvü Mauro İkardi “Bavariya” ilə ÇL matçında meydana çıxa bilər.
Korner.az-ın məlumatına görə, argentinalı forvard hazırda bərpa prosesi keçir. Komandanin baş məşqçisi Okan Buruk ulduz futbolçunun Münhen klubu ilə matçda meydana çıxma ehtimalının yüksək olduğunu bildirib.
Qeyd edək ki, “Qalatasaray” – “Bavariya” oyunu sabah keçiriləcək.
