İkardi “Qalatasaray”dan ayrılır?
03.05.2023 , 13:07

“Qalatasaray”ın ulduz futbolçusu klubdan ayrılara bilər.
Korner.az xəbər verir ki, mövsümün əvvəlində PSJ-dən icarəyə götürülən Mauro İkardi Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, “Fulhem” yay transfer dönəmində İkardini 12 milyon avroya (+3 milyon avro bonus) heyətinə qatmaq fikrindədir. PSJ isə futbolçu üçün 18 milyon avro istəyir.
30 yaşlı təcrübəli futbolçunun cari mövsümdə illik maaşı 6 milyon 750 min avrodur. PSJ bu pulun 6 milyon avrosunu ödəyir.
Argentinalı hücumçu Super Liqada 19 matçda 14 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
