İkardi heyətdən çıxarıldı
13.02.2019 , 19:34

İtaliya “İnter”i futbolçusu Mauro İkardini heyətdən kənarlaşdırıb.
Argentinalı hücumçu Avropa Liqasının 1/16 final mərhələsinin “Rapid”lə keçiriləcək oyun üçün heyətdə yer almayıb.
Qeyd edək ki, Milan klubu bu gün İkardinin kapitanlıqdan məhrum edildiyini də açıqlayıb. Klubun futbolçu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi səbəbindən bu addımları atdığı bildirilir.
