İkardi azarkeş sevgisi üçün İstanbulda qalır
17.11.2025 , 18:30
“Qalatasaray”ın hücumçusu Mauro İkardi 2023-cü ildə Səudiyyə Ərəbistanından gələn yüksək məbləğli təklifi qəbul etməyib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalının agenti Corc Qardi bildirib ki, İkardi azarkeşlərin sevgisini hiss etdiyi üçün İstanbul klubunda qalmağı üstün tutub.
Qeyd edək ki, 32 yaşlı futbolçu cari mövsümdə 11 oyuna çıxıb və 6 qol vurub. Onun “Qalatasaray”la müqaviləsi gələn yay başa çatacaq.