İkardi ərəblərə “yox” dedi
19.07.2024 , 14:53

“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, argentinalı ulduza Səudiyyə Ərəbistanın iki klubundan təklif var.
Lakin Mauro İkardi bu təklifləri nəzərə almayaraq, karyerasını “Qalatasaray”da davam etdirmək istəyib.
31 yaşlı hücumçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədərdir.
İkardi İstanbul nəhəngində çıxdığı 73 matçda 55 qol vurub, 20 məhsuldar ötürmə edib.
Mina Musayeva
