İkardi əməliyyat olundu
02.12.2024 , 20:56
“Qalatasaray”ın hücumçusu Mauro İkardi əməliyyat olunub.
Korner.az xəbər verir ki, argentinalı futbolçu bununla bağlı sodial media hesabında paylaşın edib.
Ulduz oyunçunun əməliyyatı Buenos Ayresdə baş tutub.
“Tottenhem”lə matçda dizinin ön çarpaz bağları qopan 31 yaşlı forvardın gələn ilin yay aylarında bərpa olunacağı gözlənilir.