Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, İK "Neftçio"nin baş məşqçisi Böyükağa Hacıyevlə bağlı qərarını da, açıqlayıb.
“Neftçi” – “Sumqayıt” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov eyni cəza alıb. Buna səbəb millimizin kapitanının “Qarabağ” – “Simurq” matçının 62-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılmağıdır.
“Kəpəz” “Qəbələ” ilə səfər oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimə ödəməli olacaq.
