big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

İK-nın “ikili standart”ı: Samir Abbasova 4, Ağabala Ramazanova 2 oyunluq cəza

03.12.2013 , 11:25

Topaz Premyer Liqasının XV turunda baş verən nizam-intizam pozuntularıyla bağlı İK qərarlaını verib.

Korner.az cəzaları sizə təqdim edir.

29 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun “Rəvan” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun “Simurq” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 90-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 20 №-li futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38).
28 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Rəvan” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 81-ci dəqiqəsində “Qəbələ” klubunun 98 №-li futbolçusu Fərid Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 12 №-li futbolçusu Fuad Əhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).
Matçın 90+7-ci dəqiqəsində “Qəbələ” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
29 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Simurq” – “Qarabağ” matçının 72-ci dəqiqəsində “Qarabağ” klubunun 3 №-li futbolçusu Bilal Abbaszadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
29 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Bakı” – “İnter” matçının 20-ci dəqiqəsində “İnter” klubunun 20 №-li futbolçusu Elhad Nəziri əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Neftçala” – “Turan-T” matçının 87-ci dəqiqəsində “Turan-T” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
30 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Ağsu” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 67-ci dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Ramil İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
01 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun “Bakılı” – “Kəpəz” matçının 25-ci dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Xəyal Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
01 dekabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XII turunun MOİK – “Karvan” matçının 86-cı dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi MOİK klubunun 15 №-li futbolçusu Ramil Əliyevə göstərilmiş sarı vərəqəni ləğv edir (maddə 19).
Matçın 86-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).

Son yazılar

To Top