Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərin çempionatının XVIII turunun “Sumqayıt” – “Kəpəz” matçının 75-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Malik Babayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
Əvəzedici heyətlərin çempionatının XVIII turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
