Növbəti mövsümdən Rusiya Premyer Liqasında və aşağı dəstədə çıxış edən klublar əcnəbi baş məşqçiylə işləməyə qərar versələr, bu, onlara baha başa gələcək.
Korner.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu qərara Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin bu gün keçirilən toplantısında gəlinib.
İK-nın qərarına əsasən, iyunun 1-dən Premyer Liqa və aşağı dəstə komandaları əcnəbi baş məşçilərinə görə vergi ödəyəcəklər. Premyer Liqa klubları üçün verginin məbləği 5 milyon, aşağı dəstə klubları üçün isə 2.5 milyon rubl (müvafiq olaraq: təxminən 125 min və 62 min manat) həddində olacaq.
Toplanacaq vergi Rusiyada uşaq futbolunun inkişafına və yerli məşqçilərin səviyyələrinin artırılmasına sərf olunacaq.
