15 yaşlı futbolçular arasında təşkil olunan “II Qəbələ” turnirinin açılış mərasimi olub.
Korner.az-ın Qəbələyəı ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Qəbələ”nin prezidenti Taleh Heydərov açılış mərasimini giriş sözü ilə açaraq bunları deyib:
“Qəbələ turniri artıq ənənəvi hal almışdır. Rusia, Portuqaliya, Ukrayna, Hollandiyalı, Portuqaliyalıı və Azərbaycanın yeniyetmələri hər il bu cür turnirlərdə iştirak edirlər. Burda olan şəraitdən savayı, Azərbaycanın futbola olan diqqəti göz qabağındadı. Azərbaycan Avro-2020 üçün namizədliyini isrəli sürüb və Bakı bunun üçün ən iddialı şəhərlər arasındadı. Bu və digər layihələr əsas verir ki, siz gənclər bəlkə də, nə vaxtsa Avropa oyunlarında məhz Qəbələdə üz-üzə gələrsiz. Bütün qonaqlara təşəkkür edirk ki, təklifimiz q\bul edib gəldiniz”.