“Qəbələ” İdman Klubunun dəstəyi və təşkilatçılığı ilə bu gün II Qəbələ kubokuna start verilir.
Korner.az-ın məlumatına görə, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında bu il ikincisi baş tutacaq beynəlxalq turnirdə “Barselona” ( İspaniya), “Beşiktaş” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Şaxtyor” (Ukrayna), “Zenit” (Rusiya), “Portu” (Portuqaliya), Azərbaycandan isə “Bakı” və “Qəbələ” ilə təmsil olunacaq.
29 may – 1 iyun tarixlərində baş tutacaq turnirdə komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda “Qəbələ”, “Barselona”, “Beşiktaş” və “Şaxtyor”, B qrupunda isə “Bakı”, “Feyenoord”, “Zenit” və “Portu” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.
29 may
“Qəbələ kuboku”
Birinci tur
10.00. “Qəbələ” – “Şaxtyor”
10.00. “Portu” – “Feyenoord”
11.30. “Beşiktaş” – “Barselona”
11.30. “Bakı” – “Zenit”
18.00. Açılış mərasimi
İkinci tur tur
19.00. “Qəbələ” – “Beşiktaş”
19.00. “Portu” – “Bakı”
20.30. “Şaxtyor” – “Barselona”
20.30. “Feyenoord” – “Zenit”