II Liqada tura start verildi
22.11.2023 , 18:32

Azərbaycan II Liqasında XII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Dinamo” səfərdə “Ağdaş”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:1.
Azərbaycan II Liqası
XII tur
22 noyabr
“Ağdaş” – “Dinamo” 3:1
Qollar: Vasif Nəsirov, 10. Zamiq Abubəkirov, 47. Taryel Zeynalov, 71 – Valeh Seyidov, 64.
