II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib
10.12.2018 , 16:42

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz səfiri müəyyənləşib.
Bu missiyaya Ukraynanın xalq artisti Ani Loraka həvalə olunub. Onun səfir seçilməsi “Minsk-Arena”da keçirilən Rusiyanın “Qızıl Qramofon” mükafatının təqdim edilməsi mərasimində açıqlanıb.
Qeyd edək ki, II Avropa Oyunları 21 – 30 iyun 2019-cu ildə təşkil olunacaq. Belarusun paytaxtı Minskdə 50 ölkənin 4000-dən çox idmançısı 15 növ üzrə 200 dəst medal uğrunda mübarizə aparacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçiriləcək.
