12-17 mart tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı davam edir.
Korner.az-ın məlumatına görə, qadınların yarışında Azərbaycanı təmsil edən Elnarə Abbasova ona olan etimadı doğruldub.
“Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplamda 167 kq (77+90) nəticə göstərərək gümüş medala yiyələnib.
