İdmançımız Türkiyədə gümüş medal qazandı
21.02.2025 , 12:30

Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə gümüş medal qazanıb.
Bu barədə Korner.az-a Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Üçtəkanla tullanmada mübarizə aparan idmançı 13.38 metr nəticə ilə ikinci yeri tutub.
